7-8 saat yuxu ürək sağlamlığını gücləndirir

Sağlamlıq

06.06.2025 19:30

London Universiteti tərəfindən keçirilən geniş miqyaslı bir tədqiqat göstərib ki, gündə 7-8 saat keyfiyyətli yuxu ürək-damar xəstəliklərinin qarşısını alır. 

TodayPress TV xəbər verir ki, tədqiqatda 10 minlərlə iştirakçıdan alınan məlumatlar əsasında sübut olunub ki, yuxunun kifayət etməməsi və ya yuxu müddətinin çox uzun olması (9 saatdan çox) damarlar üzərində mənfi təsir göstərir. 

Həkimlər yuxunun, xüsusən də gecə saatlarında kifayət qədər və sakit şəkildə olmasının bədənin enerji balansını tənzimləməyə kömək etdiyini, ürək əzələlərinin bərpa olunmasına, qan təzyiqinin normal səviyyədə qalmasına və stressin azaldılmasına şərait yaratdığını bildirirlər.

Yuxunun keyfiyyətini artırmaq üçün, gecə yataq otağında elektron cihazlardan uzaq durmaq, otağın temperaturunu rahat səviyyədə saxlamaq və yatmadan əvvəl ağır yeməklərdən çəkinmək önəmlidir.

Türkan İsgəndərli

tag: Yuxu,Yatmaq,Yorğunluq,Enerji,todaypress.tv,