Cərrahlar döyünməyən ürəyi canlandırdılar

Sağlamlıq

21.07.2025 09:40

ABŞ-nin Dyuk Universitetinin cərrahları tibb tarixində nadir rast gəlinən uğura imza atıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Həkimlər 3 aylıq körpənin ürəyi dayandıqdan sonra 5 dəqiqədən çox müddətdə fəaliyyət göstərməyən donor ürəyini xüsusi sistem vasitəsilə yenidən işə salaraq körpəyə uğurla köçürüblər.

Məlumata görə, donor ailəsinin razılığı ilə həyata keçirilən əməliyyatda oksigen verici cihaz, santrifüj nasos və qan toplayıcı rezervuar daxil olan xüsusi sistemdən istifadə olunub. Bu sayədə donor ürəyi bədən xaricində yenidən döyünməyə başlayıb.

Elm adamlarının “masa üstündə canlandırma” adlandırdığı üsul nəticəsində, transplantasiyadan sonra körpədə 6 ay ərzində nə orqanı rədd etmə, nə də funksional problem müşahidə olunub. Mövcud cihazlar yalnız böyüklər üçün uyğun olduğu üçün, bu sistem körpə ürəkləri üçün ilk effektiv həll yolu kimi qiymətləndirilir.

Töhfə Səməd

tag: ABŞ,Tibb,Ürək,Donor,Uşaq,Todaypress.tv,