Qocalığın sirri tapıldı: T-hüceyrələr orqanizmi “gənc” saxlaya bilər
Sağlamlıq
30.10.2025 19:15
Yaş artdıqca immun sistemindəki T-köməkçi hüceyrələr funksional dəyişikliklərə məruz qalır və bu dəyişikliklər insanın bioloji yaşını göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə nəticələr “Nature Aging” jurnalında dərc olunub.
Araşdırma göstərib ki, bəzi T-köməkçi hüceyrələr qocalmış hüceyrələri məhv edə bilir. Alimlər bu hüceyrələrin sayının 100 yaşdan yuxarı sağlam insanların orqanizmində daha çox olduğunu müəyyən ediblər.
Siçanlar üzərində aparılan təcrübələrdə bu hüceyrələrin azalmasının qocalmanı sürətləndirdiyi, artmasının isə sağlamlığı qoruduğu müşahidə olunub.
Tədqiqatçılar 30 yaşdan sonra bu hüceyrələrin səviyyəsini izləməyin vacib olduğunu bildirirlər. Onların fikrincə, qocalmanı ləngitmək üçün güclü immun sistemi deyil, balanslı və yaşa uyğun fəaliyyət göstərən immun sistemə malik olmaq əsasdır.
Jalə Rövşən
tag: Qocalıq,T-köməkçi hüceyrələr ,Tədqiqa, İmmun sistemİ,Todaypress.tv,
 
        
 
                                ![[[Kliniki depressiya:]] Vaxtında aşkarlanmasa...](/uploads/news/68274f80ef4f6.webp) 
                                             
                                            ![İki orqanda törəmə aşkarlandı, [[əməliyyat edildi]]](/uploads/news/688076a5e6f1b.webp) 
                                            ![Respublika Kliniki Uroloji Xəstəxanasına [[direktor]] təyin edildi](/uploads/news/69047fc3d21ab.webp) 
                                            ![Qarpızın bilinməyən [[FAYDALARI]]](/uploads/news/6842efd2c5b60.webp) 
                                            ![[["ChatGPT"]] arıqlamağa kömək edir](/uploads/news/686b683e94338.webp) 
                                            ![Oturaq həyat tərzi artroz [[riskini artırır]]](/uploads/news/68c960d5e32ee.webp) 
                                            ![Vestibulyar gimnastikanın hansı faydaları var? [[- AÇIQLANDI]]](/uploads/news/68ba8b0f536ce.webp) 
                                            ![Yeni kəşf [[diabetli insanlara ümid işığı ola bilər]]](/uploads/news/68e2d6d420d9e.webp) 
                                            ![1 nömrəli Şəhər Poliklinikasında [[“Açıq qapı” günü]] keçirildi](/uploads/news/68ed044577a88.webp) 
                                            