Oturaq həyat tərzi artroz riskini artırır

Sağlamlıq

16.09.2025 19:00

Artroz xəstəliyi daha gənc yaşlarda ortaya çıxmağa başlayıb. Bu, əsasən oturaq həyat tərzi, kompüter və digər qadcetlərə çox vaxt sərf etməklə bağlıdır.

TodayPress TV xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Artroz oynaqda qığırdaq toxumasının zədələnməsi ilə müşayiət olunan xroniki xəstəlikdir. Əlamətləri arasında oynaq ağrısı, sərtlik, şişkinlik və xırıltı olur.

Uzun müddət oturmaq əzələ korsetinin zəifləməsinə, artıq çəki oynaqlara əlavə yük yaratmağa və duruş pozğunluqları isə onurğa sütununda problemlərin artmasına səbəb olur.

Xəstəliyin qarşısını almaq üçün həyat tərzini dəyişmək, fiziki aktivliyi artırmaq, çəkiyə diqqət etmək, düzgün qidalanmaq və yaxşı qaməti qorumaq vacibdir. Erkən diaqnostika isə müalicənin uğurunda mühüm rol oynayır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Artroz,Onurğa,Oturmaq,Əzələ,Todaypress.tv,