Ailə münasibətləri uşaqların yuxu keyfiyyətini yaxşılaşdırır

Sağlamlıq

16.06.2025 18:20

Yeniyetmələrin sağlam yuxusu ailə münasibətlərindən asılıdır. ABŞ-də aparılan yeni tədqiqat ailədaxili ünsiyyətin və valideyn iştirakının yuxu müddətinə müsbət təsir etdiyini ortaya qoyub.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat “SLEEP” elmi jurnalında dərc olunan araşdırmada yer alıb.

Tədqiqat COVID-19 pandemiyası dövründə 9–11 yaş arası təxminən 5 min uşaq üzərində aparılıb. Valideynlər 2020-ci ildə iki mərhələli sorğuda iştirak ediblər.

Məlum olub ki, valideynlərin gündəlik həyatdakı aktiv iştirakı, birgə şam yeməyi və sabahkı planların müzakirəsi uşaqlarda daha uzun və sağlam yuxu ilə nəticələnir. Belə ailələrdə uşaqların 51%-i normal yuxu alır. Eyni zamanda, 48% hallarda birgə yeməklər və planlaşdırma, yuxunun keyfiyyətini artıran amillər kimi göstərilib.

Əksinə, valideynlə az ünsiyyətdə olan və ekran qarşısında çox vaxt keçirən uşaqların 40–42%-də yuxu pozğunluqları müşahidə olunub.

Amerika Yuxu Tibb Akademiyası bildirib ki, 6–12 yaş arası uşaqların gündəlik 9–12 saat yatması tövsiyə olunur.

Qiymət Mahir

tag: COVID-19,Uşaq,Yuxu,Ailə,Todaypress.tv,