Meyvə-tərəvəz yuxu keyfiyyətini artırır

Sağlamlıq

17.06.2025 19:15

ABŞ-də aparılan yeni elmi araşdırmaya görə, gündəlik meyvə və tərəvəz istehlakı yuxu keyfiyyətini orta hesabla 16% yaxşılaşdırır. 

TodayPress TV xəbər verir ki, tədqiqat nəticələri "Sleep Health" jurnalında dərc olunub.

Mütəxəssislər bildirirlər ki, bitki əsaslı qidalanma uzun müddətdir daha keyfiyyətli yuxu ilə əlaqələndirilirdi. Tədqiqat pəhrizlə həmin gecə yuxu arasında birbaşa əlaqəni sübut edən ilk elmi iş hesab olunur.

Araşdırmada sağlam, lakin yuxu pozuntusu diaqnozu almamış şəxslər iştirak ediblər. Onlar mobil tətbiq vasitəsilə gündəlik qidalanmalarını qeydə alıb və biləyə taxılan cihazlarla yuxu keyfiyyətlərini izləyiblər.

Nəticələr göstərib ki, meyvə, tərəvəz və sağlam karbohidratlarla zəngin pəhriz daha dərin, fasiləsiz və rahat yuxu ilə əlaqəlidir. Gecə tez-tez oyanma hallarının və yuxu parçalanmalarının isə azaldığı müşahidə olunub.

Tədqiqatçılar bu nəticənin yuxunu yaxşılaşdırmaq üçün təbii və sadə bir üsul olduğunu bildiriblər və gələcəkdə bu təsirin səbəblərini daha ətraflı öyrənməyi planlaşdırırlar.

Türkan İsgəndərli

tag: Yuxu,Meyvə ,Tərəvəz,Sağlamlıq,Todaypress.tv,