Fiziki təzyiq xərçəngə təsir edir
Sağlamlıq
11.06.2025 11:48
Yale Universitetinin alimləri fiziki təzyiqin xərçəng hüceyrələrinin davranışına necə təsir etdiyini araşdırıb və yeni nəticələrə gəlib.
TodayPress TV xəbər verir ki, qaraciyər xərçəngi hüceyrələri üzərində aparılan təcrübələrdə bu hüceyrələrin sıx toxuma matrisi səbəbilə şiddətli mexaniki təzyiq altında qaldığı müəyyən edilib.
Tədqiqatın nəticələrinə görə, bu fiziki təzyiq hüceyrələrin dərmanlara davamlılığını artırır, yayılma qabiliyyətini gücləndirir və gen ifadəsində əhəmiyyətli dəyişikliklər yaradır.
Araşdırmada iştirak edən alimlər laborator şəraitdə xüsusi qurğu vasitəsilə hüceyrələrə 8°C temperaturda su ilə mexaniki təzyiq tətbiq ediblər. Bu təzyiq hüceyrələrin qidalanmasına və zülallardan istifadə etməsinə mənfi təsir göstərib — qan dövranı azalıb, hüceyrələr isə təmir və böyümə üçün lazım olan maddələri daha az qəbul edib.
Eyni zamanda, "Rac1" adlı zülalın aktivliyinin artdığı, bu zülalın hüceyrələrin hərəkətliliyini artırdığı və onların digər toxumalara sirayət etməsini asanlaşdırdığı da aşkar olunub. Həmçinin hüceyrədaxili kalsium siqnalları dəyişib və bu, hüceyrələrin apoptoza, yəni təbii hüceyrə ölümünə qarşı davamlılığını gücləndirib.
Alimlər qeyd edirləb ki, bu kəşf xərçəngin müalicəsində yalnız bioloji deyil, eyni zamanda fiziki amillərin də nəzərə alınmasının vacibliyini göstərir.
Qiymət Mahir
tag: Yale,Tədqiqat,Xərçəng,Xəstəlik,todaypress.tv,