Əzələ üçün saatlarla idman zalında qalmağa ehtiyac yoxdur
Sağlamlıq
16.06.2025 19:00
Floridanın Atlantik Universitetinin alimləri müəyyən ediblər ki, əzələ kütləsini artırmaq üçün uzun və yorucu məşqlər vacib deyil. Tədqiqat nəticələrinə görə, az sayda, amma düzgün planlaşdırılmış və hədəflənmiş yanaşmalarla istədiyiniz nəticəyə nail olmaq mümkündür.
TodayPress TV xəbər verir ki, "SportRxiv" platformasında dərc olunan araşdırmada onlarla əvvəlki elmi işin məlumatları təhlil edilib.
Burada əsas diqqət məşq həcminə və tezliyə yönəlib.
Müəyyən edilib ki, əzələ artımı üçün təxminən 11 qismən yanaşma, güc artımı üçün isə cəmi 2 birbaşa yanaşma yetərlidir.
Qismən yanaşma – dolayısı ilə bir əzələ qrupunu işlədən hərəkətlərdir (məsələn, triseps məşqi döş əzələsinə də təsir edir), birbaşa yanaşma isə birbaşa hədəflənən əzələ və ya hərəkətə yönəlir (məsələn, döş əzələsi üçün ştanqa ilə press).
Qiymət Mahir
tag: Florida,Əzələ,Məşq,Alim,Todaypress.tv,