Çin alimləri Parkinson xəstəliyi üçün cihaz hazırladı
Sağlamlıq
11.06.2025 19:30
Çinli alimlər insan dərisinə yapışdırılan kiçik cihaz vasitəsilə Parkinson xəstəliyinin əlamətlərini erkən müəyyən etməyin yolunu tapıblar.
TodayPress TV xəbər verir ki, sensor “plastır” formasındadır və bədənin ifraz etdiyi təri analiz edərək xəstəliklə bağlı biomarkerləri müəyyən edir.
Cihazı hazırlayan alimlərdən biri bildirib ki, bu texnologiya xəstəliyin gedişatını invaziv üsullar (qan analizi və s.) olmadan, yəni ağrısız şəkildə izləməyə imkan verir.
Parkinson xəstəliyi adətən gec aşkar olunur, çünki titrəmə və yavaş hərəkət kimi əlamətlər illər sonra özünü göstərir. Bu yeni cihaz isə xəstəliyi erkən mərhələdə təyin etməyə kömək edir və müalicəyə tez başlamaq imkanı yaradır.
Alimlər ümid edirlər ki, gələcəkdə bu sensor yüksək risk altında olan insanlar üçün əlçatan olacaq və xəstəliyin qarşısını vaxtında almağa şərait yaradacaq.
Qiymət Mahir
tag: Çin,Parkinson,Xəstəlik,Cihaz,todaypress.tv,