Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi
Sağlamlıq
31.10.2025 16:21
Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Mərkəzi Klinika birgə məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən dərhal orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.
Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib.
Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.
tag: Donor,Meyit,Orqan,Səhiyyə,Todaypresstv.az,
 
        
 
                                ![Qobustan RMX-də üç il ərzində 229 minə yaxın şəxsə tibbi xidmət göstərilib [[- TƏBİB]]](/uploads/news/6854fd110fec8.webp) 
                                            ![Plastik tullantılardan [[dərman maddəsi]] hazırlandı](/uploads/news/685aa904c3495.webp) 
                                            ![[[Azərbaycanda əlilliyi]] olan şəxslərin sayı açıqlandı](/uploads/news/6877cbbead342.webp) 
                                            ![İmmunitet sistemi [[bədənə]] zərər də verə bilər](/uploads/news/68cc0589d3a72.webp) 
                                            ![Niyə az yesək də  [[kökəlirik?]]](/uploads/news/68d8f0120df1f.webp) 
                                            ![[[KTM:]] Ötən ay 100 nəfərə yaxın insan zəhərləndi, 3-ü öldü](/uploads/news/6864c276651ca.webp) 
                                            ![Sistemli sklerozlabağlı [[yeni gen]] aşkarlandı](/uploads/news/685134a324a70.webp) 
                                            ![Diş əti [[qanamasına]] səbəb nədir?](/uploads/news/68398cb53b615.webp) 
                                            ![Qobustan RMX-yə son bir neçə ildə [[25-dən çox həkim]] cəlb edilib](/uploads/news/68550990a5a12.webp) 
                                            ![Yuxusuzluq insulta [[səbəb ola bilər]]](/uploads/news/690371a84f998.webp) 
                                            