Paşinyan kilsədə yeni rəhbərliyin seçilməsi üçün elan paylaşdı

Qərbi Azərbaycan

10.06.2025 11:54

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Müqəddəs Eçmiədzin Ana Taxtının rəhbərliyinə qarşı çağırış edilib.

TodayPress TV xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

Yayılmış müraciətdə bildirilib ki, hazırkı rəhbərliyin dəyişdirilməsi və yeni katolikosun seçilməsi istiqamətində fəal addımlar atmağın zamanı çatıb.

Baş nazirin sözlərinə görə, məqsəd Müqəddəs Eçmiədzin Vəharanını azad etmək və yeni seçkilər təşkil etməkdir. Bu məqsədlə Koordinasiya Qrupunun yaradılması planlaşdırılır.

Qrupun formalaşdırılması mərhələsində ilk 10 üzv şəxsi tanışlıqlar və meyarlar əsasında seçiləcək.

Paşinyan qrupun ilk üzvlərinin seçimini öz üzərinə götürəcəyini, gələcəkdə qrupun struktur və genişlənmə məsələlərini özü müəyyən edəcəyini bildirib.

Töhfə Səməd

tag: Nikol Paşinyan,Kilsə,Seçim,Tələb,todaypress.tv,