Paşinyan: "Ermənistan Aİ-yə üzv olmaq istəyir"

Qərbi Azərbaycan

16.07.2025 16:37

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəkdə Avropa İttifaqına (Aİ) üzv ola biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

O ümid edib ki, 20 ildən sonra Ermənistan Aİ-nin üzvü olacaq.

Paşinyan daha əvvəl bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Aİ arasında seçim qarşısında qala bilər. Lakin bu qərar verilməyənə qədər ölkədə Aİ standartlarına uyğun islahatlar davam etdiriləcək.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan isə Aİ üzvlüyü təklifi olmasa da, ölkənin bu istiqamətdə niyyətini təsdiqləyən qanunu imzalayıb. Rəsmi şəxslər bildirirlər ki, bu addım birbaşa üzvlük müraciəti deyil, münasibətlərin dərinləşdirilməsinə yönəlib.

Türkan İsgəndərli

tag: Ermənistan,Aİ,Paşinyan,İrəvan,Todaypress.tv,