“Təzyiq qəbul edilə bilməz!” – Millət vəkili

“Təzyiq qəbul edilə bilməz!” – Millət vəkili
06.03.2026 18:45

“Bir çox regional liderlər böhranlı vəziyyətlərdə diplomatik ifadələri yumşaltmağa çalışdıqları halda, Prezident İlham Əliyev mövqeyini açıq şəkildə ifadə edir və təhlükəsizlik məsələlərində kompromisə getmədiyini nümayiş etdirir”.

 

Milli Məclisin deputatı Jalə Əliyeva bunu TodayPress TV-yə danışarkən deyib.

 

Pralamentari vurğulayıb ki, Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında diqqət çəkən əsas məqam Azərbaycanın təhlükəsizliyinə qarşı hər hansı təhdidin cavabsız qalmayacağı barədə açıq və birmənalı mövqenin ortaya qoyulması idi.

 

“Bu, diplomatik ritorikanın sərt və aydın şəkildə ifadə olunması ilə yanaşı, dövlətin suverenlik və təhlükəsizlik məsələlərində kompromisə getməyəcəyini göstərən mühüm siyasi mesajdır”.

 

Deputat bildirib ki, Azərbaycanın ərazi təhlükəsizliyi və sərhəd toxunulmazlığı məsələsinin Prezident tərəfindən “qırmızı xətt” kimi təqdim edilməsi beynəlxalq auditoriya üçün də aydın mesajdır.

 

“İsrail analitikləri qeyd edirlər ki, Azərbaycan həm regional güclərlə münasibətlərini balanslaşdırır, həm də milli maraqlar məsələsində qətiyyətli mövqe nümayiş etdirir”.  

 

O, həmçinin bildirib ki, Azərbaycanın yerləşdiyi geosiyasi məkan son illərdə xüsusilə həssas təhlükəsizlik mühiti ilə xarakterizə olunur. Cənubi Qafqaz regionunda enerji marşrutları, hərbi-siyasi balans və böyük güclərin maraqları bir-biri ilə kəsişir. Bu baxımdan Prezidentin sərt və prinsipial ritorikası həm daxili sabitliyi təmin etmək, həm də xarici aktorlara aydın siqnal göndərmək məqsədi daşıyır.

 

“Analitiklər hesab edirlər ki, bu mövqe Azərbaycanın son illərdə formalaşdırdığı aktiv və müstəqil xarici siyasət kursunun davamıdır. Dövlət başçısı beynəlxalq platformalarda da dəfələrlə vurğulayıb ki, ölkənin təhlükəsizliyi və suverenliyi məsələsində heç bir təzyiq qəbul edilə bilməz. Başqa sözlə, Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər yalnız konkret bir hadisəyə reaksiya deyil, eyni zamanda Azərbaycanın regional siyasətinin prinsipial xəttini nümayiş etdirən strateji siyasi bəyanat kimi qiymətləndirilə bilər”, - millət vəkili fikrini sonlandırıb.  

 

Jalə Rövşən

XƏBƏR LENTİ
01 IYUN 2026
Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Bütün Xəbərlər