Yer üçün yeni təhlükə: 2032-ci ildə...
Maraqlı
12.06.2025 11:04
"2024 YR4" asteroidinin Yerə toqquşma riski demək olar ki, sıfıra enib, lakin Ay üçün təsir ehtimalı artıb.
TodayPress TV xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
2025-ci ilin fevralında aparılan ilkin hesablamalara görə, "2024 YR4" adlı asteroidin 2032-ci ilin dekabrında Yerə toqquşma ehtimalı 3,1 faiz olaraq qiymətləndirilmişdi. Lakin sonrakı müşahidələr bu riski böyük ölçüdə aradan qaldırıb. Yeni məlumatlara əsasən, asteroidin Ayla toqquşma ehtimalı isə əvvəlki 3,8 faizdən 4,3 faizə yüksəlib.
Riskin yenidən qiymətləndirilməsi, 2025-ci ilin may ayında "James Webb" Kosmik Teleskopu (JWST) tərəfindən aparılan müşahidələr əsasında həyata keçirilib.
Yeni müşahidələr asteroidin trayektoriyasını daha dəqiq hesablamağa imkan verib.
Alimlər bildirirlər ki, mümkün toqquşma Ayın orbitinə təsir etməyəcək, lakin onun səthində böyük bir kraterin yaranmasına səbəb ola bilər. Bu isə Ayın quruluşunun öyrənilməsi və kraterlərin əmələ gəlməsi prosesinin müşahidəsi üçün nadir elmi imkan yarada bilər.
Qeyd edilib ki, 2032-ci ildə baş verə biləcək toqquşma ehtimalı daha dəqiq qiymətləndiriləcək.
Türkan İsgəndərli
tag: Asteroid,Planet,Yer,Ay,todaypress.tv,