Şimpanzelər fikirlərini dəyişə bilirlər - ARAŞDIRMA

Maraqlı

31.10.2025 19:15

Kaliforniya və Utrekst universitetlərinin psixoloqları müəyyən ediblər ki, şimpanzelər yeni və daha güclü dəlillər təqdim edildikdə öz fikirlərini rasional şəkildə dəyişə bilirlər.

TodayPress TV xəbər verir ki, bu nəticə göstərir ki, primatlar da insanlar kimi məntiqi düşünmə qabiliyyətinə malikdirlər.

Tədqiqat Uqandadakı Nqamba adasında yerləşən şimpanze ziyarətgahında aparılıb. Təcrübə zamanı heyvanlara biri yeməklə dolu olan iki qutu göstərilib. Əvvəlcə onlara hansı qutuda yeməyin gizləndiyini göstərən bir ipucu verilib, daha sonra isə digər qutuya işarə edən daha inandırıcı ipucu təqdim edilib.

Nəticələrə görə, şimpanzelər yeni, etibarlı sübutlar əldə etdikdə əvvəlki fikirlərini dəyişib yeni qərar qəbul ediblər. Alimlər bildirirlər ki, bu cür zehni çeviklik təxminən dörd yaşlı uşaqlar üçün xarakterikdir və şimpanzelərdə bu qabiliyyətin mövcudluğu böyük elmi maraq doğurur.

Tədqiqatçılar heyvanların davranışlarının məntiqi mülahizələrə əsaslandığını sübut etmək üçün dəqiq təcrübələr və kompüter modelləri tətbiq ediblər. Təhlillər göstərib ki, şimpanzelər sadəcə reaksiyalara deyil, dəlillərin gücünə əsaslanan qərarvermə strategiyasına üstünlük verirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Şimpanze,Dəlil,Fikir,Beyin,Todaypress.tv,