Kolumbiyada 6000 illik insan sümükləri tapıldı

Maraqlı

08.06.2025 23:30

Kolumbiyanın Boqota yaxınlığındakı Çekua adlı qədim ərazidə 6000 il əvvələ aid 21 insan skeleti aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Arxeoloqlar bu insanların keramikadan əvvəl yaşamış ovçu-toplayıcılar olduğunu bildirirlər. Almaniyada aparılan DNT analizləri sübut edib ki, bu şəxslər nə müasir Kolumbiya əhalisi, nə də digər Cənubi və Şimali Amerika xalqları ilə genetik oxşarlıq daşıyır.

Senkenberq İnsan Təkamülü Mərkəzindən araşdırmaçı Kim-Louise Krettek bildirib ki, bu kəşf Cənubi Amerikaya ilk köçlə bağlı vacib məlumatlar təqdim edir. Onun sözlərinə görə, bu insanlar unikal genetik izə malik olub və soyları tamamilə itib.

Tədqiqat göstərir ki, təxminən 2000 il əvvəl Orta Amerikadan gələn köçərilər bölgənin genetik və mədəni quruluşunu dəyişib. Bu prosesin zorakılıqla deyil, dinc yolla baş verdiyi güman edilir.

Araşdırma Cənubi Amerikanın erkən tarixinə dair ilk dəqiq genetik sübutlardan biri sayılır.

Qiymət Mahir

tag: Kolumbiya,Boqota ,Çekua ,İnsan skeleti ,Todaypress.tv,