Qədim Romada qəhvəyi ayılar qladiatorlarla döyüşdürülüb
Maraqlı
04.09.2025 19:00
Serbiya, Polşa və ABŞ-dən olan tədqiqatçılar müəyyən ediblər ki, qədim Romada qladiator döyüşlərində qəhvəyi ayılar da istifadə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə “Labrujulaverde” nəşri məlumat yayıb.
Nəticə 2016-cı ildə Serbiyada qədim Viminasium şəhərinin amfiteatrında tapılmış parçalanmış ayı kəlləsinin araşdırılmasından sonra ortaya çıxıb. Sümük qalıqları 6 yaşlı yerli mənşəli erkək ayıya məxsus olub. Alimlərin fikrincə, ayı döyüşlərdə iştirak etməsi üçün əsirlikdə saxlanılıb.
Araşdırmada heyvanın kəlləsində küt alətlə vurulma izləri, dişlərində isə dəmir və ya taxta barmaqlıqları gəmirə-gəmirə aşınma əlamətləri aşkarlanıb. Bundan əlavə, parodontoz və stress izləri də qeydə alınıb. Alimlər hesab edirlər ki, ayı bir neçə dəfə arenaya çıxarılıb, ağır zədə alıb və sonda infeksiyadan ölüb.
Tarixi mənbələrə görə, qədim Roma amfiteatrlarında yalnız qladiator və məhkum döyüşləri deyil, həm də vəhşi heyvanlarla tamaşalar təşkil olunurdu.
Qiymət Mahir
tag: Serbiya,Polşa ,ABŞ, Roma,Todaypress.tv,