İqlim dəyişikliyi piylənməni artırır - ARAŞDIRMA

Maraqlı

09.09.2025 19:30

Qlobal istiləşmə piylənmə və ona bağlı xəstəliklərin artmasına səbəb ola bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə "Nature Climate Change" (NCC) jurnalında dərc olunub.

Alimlər aşkar ediblər ki, havalar istiləşdikcə insanlar daha çox şirin içkilər, şirələr və dondurma kimi şəkərli məhsullara üstünlük verirlər, bu da gündəlik şəkər istehlakını artırır.

Tədqiqatçılar 2017-2018-ci illər ərzində ABŞ-dəkı supermarketlərin satış məlumatlarını təhlil edərək belə qənaətə gəliblər. Məlum olub ki, xüsusilə 12-30°C temperatur aralığında hər bir əlavə dərəcə istilik gündəlik təxminən 0,7 qram əlavə şəkər istehlakı ilə əlaqəlidir. 

Alimlər xəbərdarlıq edirlər ki, iqlimdə dəyişiklik artarsa, bu həssas əhali qruplarında əsrin sonuna qədər gündəlik şəkər istehlakı orta hesabla 5 qram arta bilər. Bu isə piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini ciddi şəkildə yüksəldəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: İqlim dəyişikliyi,Piylənmə,Xəstəlik,Diabet,Todaypress.tv,