Meymunlar arasında da dəb anlayışı var
Maraqlı
22.07.2025 10:02
Zambiyanın Çimfunşi Vəhşi Təbiət Qoruğunda yaşayan bir qrup şimpanze, qulaqlarına və ya ombalarına ot və çubuqlar taxaraq yeni bir sosial davranış nümayiş etdiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Alimlər bu halı şimpanzelərin insanlar kimi sosial trendlərə uyğunlaşa bilməsinin sübutu kimi qiymətləndirirlər.
Davranış ilk dəfə 2010-cu ildə qoruqda yaşayan bir dişi şimpanzedə müşahidə olunub. O, qulaq dəliyinə çəmən sapı taxıb və bu davranış qısa müddət ərzində digər şimpanzelər tərəfindən də mənimsənilib. Davranışın tibbi və ya fiziki ehtiyacla bağlı olmadığı, daha çox sosial xarakter daşıdığı müəyyən edilib.
Alimlər ehtimal edir ki, şimpanzelər bu davranışı əvvəlcə insanlardan öyrənib, sonra isə öz aralarında yaymağa başlayıblar.
Tədqiqat şimpanzelərin təkcə təbiətdə sağ qalmaq bacarığı ilə deyil, eyni zamanda sosial zəkaları və mədəni uyğunlaşma qabiliyyətləri ilə də insanlara nə qədər bənzədiyini bir daha göstərir.
Töhfə Səməd
tag: Zambiya,Vəhşi Təbiət Qoruğu,Şimpanze,Moda,Todaypress.tv,