Özbəkistanda 130 yaşlı qadının doğum tarixi təsdiqləndi

Maraqlı

12.09.2025 19:00

Özbəkistanın Kokand Rayonlararası Məhkəməsi Fərqanə vilayət sakini Xuvaydo Umarovanın 1895-ci il yanvarın 1-də anadan olduğunu rəsmi şəkildə təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu qərar yerli ədliyyə idarəsinin vəsatəti əsasında Buvaydinski rayonunun Qaraqum məhəlləsində keçirilən baxış iclasında qəbul olunub. Məhkəmə vəsatəti təmin edərək Umarovanın doğum tarixini rəsmi qeydiyyata alıb.

Bu qərar onu rəsmi şəkildə dünyanın ən yaşlı (130)insanı edir.

Bundan əvvəl Yer kürəsinin ən yaşlı insanı kimi Böyük Britaniyadan olan Ethel Katerham tanınırdı. O, 1909-cu il avqustun 21-də anadan olub və 2025-ci ilin avqustunda 116 yaşını qeyd edib.

Əgər Xuvaydo Umarovanın doğum tarixi beynəlxalq səviyyədə də təsdiqlənərsə, o, mövcud Ginnes Dünya Rekordu da daxil olmaqla bir çox uzunömürlülük statistikasını dəyişə bilər. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Yaşlı,İnsan,Ginnes Rekordlar Kitabı,Dünya,Todaypress.tv,