Günəş panelləri üçün soğan qabığından bioörtük hazırlandı

Maraqlı

08.09.2025 19:00

Finlandiyanın Turku Universitetinin alimləri qırmızı soğanın qabığından alınan ekstrakt əsasında günəş panellərini ultrabənövşəyi şüadan qoruyan bioplenka hazırlayıb.

TodayPress TV xəbər verir ki, tədqiqat “Applied Optical Materials” jurnalında dərc olunub.

Yeni örtük nanoselüloza və soğan qabığında olan antosianlara əsaslanır. O, 400 nanometrədək olan ultrabənövşəyi şüaların 99,9 faizini saxlayır, eyni zamanda enerji istehsalı üçün vacib olan işıq spektrinin 80 faizdən çoxunu buraxır.

Min saatlıq sınaqda (təxminən bir il real şəraitdə) bioörtük ənənəvi plastik filmlərlə müqayisədə günəş elementlərinin kimyəvi tərkibini daha yaxşı qoruyub. Alimlərin sözlərinə görə, bu texnologiya geyilə bilən elektronika, uzaqdan sensorlar və “ağıllı” qablaşdırmada tətbiq oluna bilər.

Qiymət Mahir

TodayPress TV

tag: Finlandiya,Turku Universiteti,Alim,oğ,Soğan,Todaypress.tv,