İnsan gözü keyfiyyəti seçə bilmir - ARAŞDIRMA
Maraqlı
27.10.2025 19:00
Kembric Universiteti tədqiqatçıları sübut ediblər ki, insan gözünün detalları qavrama qabiliyyəti fiziki həddə malikdir. Yəni müəyyən bir nöqtədən sonra piksel sayını artırmaq görüntü keyfiyyətində fərq yaratmır.
TodayPress TV xəbər verir ki, araşdırma "Nature Communications" jurnalında dərc olunub.
Eksperimentlər zamanı iştirakçılara müxtəlif məsafələrdən və bucaqlardan rəngli və boz tonlarda şəkillər göstərilib. Nəticələrə əsasən, təsvirin fərqlənməsi ekran ölçüsündən, otağın işıqlandırılmasından və baxış məsafəsindən asılıdır.
Tədqiqatçılar piksel sıxlığını ölçmək üçün PPD (hər dərəcəyə düşən piksel) göstəricisindən istifadə ediblər. Mükəmməl görmə üçün bu göstərici 60 PPD hesab olunur. Qara-ağ təsvirlər üçün hədd 94 PPD, qırmızı-yaşıl üçün 89 PPD, sarı-bənövşəyi üçün isə 53 PPD-dir.
Alimlər qeyd ediblər ki, həddindən artıq piksel sıxlığı yalnız faydasız deyil, həm də bahalı və enerji baxımından səmərəsizdir. Araşdırmanın müəllifləri vurğulayıblar ki, bu nəticələr gələcəkdə televizor, smartfon, VR və avtomobil displeylərinin dizaynında yeni standart yarada bilər.
Türkan İsgəndərli
tag: Göz,Görmə,Piksel,PPD,Todaypress.tv,
 
        
 
                                ![Çində [[qədim asteroid krateri]] tapıldı](/uploads/news/68ff6ec5d81db.webp) 
                                            ![Süni intellektlə hazırlanan musiqilər [[populyarlaşır]]](/uploads/news/68357feb60cb3.webp) 
                                             
                                            ![Çində ilk dəfə insana [[donuzun ağciyəri köçürüldü]]](/uploads/news/68ad5bdc5a903.webp) 
                                            ![Süd Yolundakı qaranlıq maddənin forması [[müəyyən edildi]]](/uploads/news/68f62c1223ae2.webp) 
                                            ![Günəşdə alovlar aktivləşir: [[Yer üçün təhlükə yarandı]]](/uploads/news/68d0ee1010ab4.webp) 
                                            ![Zədələnmiş pul vahidlərini necə dəyişmək olar? [[- ARAŞDIRMA]]](/uploads/news/6830862f277bc.webp) 
                                             
                                            ![[[3500 illik şəhər]] kəşf edildi](/uploads/news/686bc9b09f1db.webp) 
                                             
                                            