İnsanlar saxta rəylərə niyə inanırlar?
Maraqlı
11.06.2025 12:09
İnternetdə saxta rəylərin çoxluğu ilə bağlı tədqiqatların artmasına baxmayaraq, istifadəçilər onlayn platformalardakı rəylərə inanmaqda davam edirlər. ABŞ-nin bir neçə aparıcı universitetindən olan biznes üzrə mütəxəssislər bunun səbəbini elmi baxımdan izah ediblər.
TodayPress TV xəbər verir ki, alimlər insanların hansı psixoloji mexanizmlərlə rəylərin gerçək və ya saxta olduğunu müəyyənləşdirdiyini araşdırıblar.
Nəticələrə görə, insanlar təbii olaraq oxuduqları rəyləri həqiqət kimi qəbul etməyə meyllidirlər. Bu yanaşma “əvvəlcədən doğru sayma” nəzəriyyəsi ilə izah edilir.
Aparılan eksperimentlərdə iştirakçılara müxtəlif restoranlar haqqında 20 onlayn rəy təqdim olunub və onların 10-nun saxta olduğu əvvəlcədən bildirilib. Buna baxmayaraq, iştirakçılar orta hesabla 11-dən çox rəyi “doğru” kimi qiymətləndiriblər. Bu isə elm adamlarının “həqiqətə meyilli qərəz” adlandırdığı psixoloji effekti təsdiqləyib.
Tədqiqat həmçinin göstərib ki, istifadəçilər neqativ rəylərə pozitivlərdən daha çox inanırlar. Halbuki onlayn platformalardakı məlumatlara görə, mənfi rəylər daha çox saxtalaşdırılır.
Alimlər bildiriblər ki, bu nəticələr onlayn ticarət platformaları və marketpleyslər üçün olduqca vacibdir. Çünki bu xidmətlər əsasən müştəri rəylərinə əsaslanır və onların inandırıcılığı brend etibarlılığı üçün həlledici rol oynayır.
Qiymət Mahir
tag: Alim,Araşdırma,İnsan,Saxta rəy,todaypress.tv,