Günəşdə partlayış baş verdi
Maraqlı
06.02.2026 19:15
Günəşin Yerə görünməyən uzaq tərəfində çox güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, bu partlayış Yer üçün təhlükə yaratmır, çünki Günəşdə aktiv bölgələr təxminən bir həftə ərzində mövcud olur. Qeyd edilib ki, yaxın günlərdə Yerə yalnız zəif hissəcik axınları çata bilər.
Laboratoriya həmçinin Yerə baxan tərəfdə yerləşən 4366 nömrəli aktiv bölgənin yeni güclü partlayış üçün enerji topladığını və bunun üçün təxminən 24 saat vaxtının qaldığını açıqlayıb.
Məlumata görə, Günəşin aktiv 4366 bölgəsi rekord həddə yaxınlaşıb. XXI əsrdə qeydə alınmış ən yüksək aktivlik rekordunu qırmaq üçün bu bölgənin cəmi iki "M" səviyyəli və ya "X" səviyyəli alovlanma yaratması kifayətdir.
Türkan İsgəndərli
tag: Günəş,Yer,Partlayış,Şüa,Todaypress.tv,
