Dünyanın ən bədbəxt nəslinin adı açıqlandı
Maraqlı
02.09.2025 22:30
Dartmut Kolleci və London Universitet Kollecinin birgə araşdırmaları nəticəsində müəyyən edilib ki, 18-24 yaş arası insanlar – “Z nəsli” (zumerlər) – 46 ölkə üzrə ən bədbəxt yaş qrupu sayılır.
TodayPress TV xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.
Bu araşdırma əvvəlki elmi işləri təkzib edir. Belə ki, daha öncə xoşbəxtlik səviyyəsinin ən kəskin enişinin əsasən orta yaş dövründə – təxminən 40 yaşda, “orta yaş böhranı” zamanı baş verdiyi iddia olunurdu.
Alimlər “Z nəsli” arasında xoşbəxtlik səviyyəsinin niyə aşağı düşdüyünü dəqiq izah edə bilməyiblər. Lakin bir sıra problemlərə diqqət çəkiblər. Məsələn, zumerlərin çoxu mütəmadi olaraq dərs buraxır, psixi sağlamlıqla bağlı çətinliklər səbəbindən tez-tez iş yerlərini tərk edirlər.
Araşdırmaya görə, “Z nəsli” nümayəndələrinin 48%-i psixi sağlamlıq problemləri yaşamaq riski daşıyır. Alimlərin fikrincə, bu, ciddi narahatlıq doğuran göstəricidir.
Eyni zamanda, tədqiqat göstərib ki, ən xoşbəxt insanlar 45-70 yaş aralığında olanlardır. Alimlərin sözlərinə görə, onların psixi sağlamlıq vəziyyəti zumerlərlə müqayisədə xeyli daha yaxşıdır.
Töhfə Səməd
tag: Z nəsli ,Araşdırma,Alimlər,Psixi problem,