Kürdəmirdə adam öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
Kriminal
29.06.2025 10:50
İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
tag: Kürdəmir,Şilyan,Baş Prokurorluq,Cinayət,Todaypress.tv,
 
        
 
                                ![[[Bakıda]] kişi tanışını bıçaqladı](/uploads/news/68df5a9238287.webp) 
                                            ![Masallıdakı qətlin təfərrüatları [[açıqlandı]]](/uploads/news/6860f7418e841.webp) 
                                            ![Beyləqanda insident olub, [[2 nəfər xəsarət alıb]]](/uploads/news/68bc0a308d7bd.webp) 
                                            ![[[Pullar]] Azərbaycana hansı yollarla gətirilir?](/uploads/news/688268c7bfd36.webp) 
                                            ![Gəncədə 16 yaşlı yeniyetmə [[qətlə yetirildi]]](/uploads/news/68e646b28c5ba.webp) 
                                            ![Xaçmazda oğurluq edən şəxsin avtomobilindən [[narkotik aşkarlandı]]](/uploads/news/68da130be7eb5.webp) 
                                            