Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirildi
Kriminal
08.10.2025 15:10
Gəncədə Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qətl hadisəsi baş verib.
TodayPress TV-nin məlumatına əsasən, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda ölüb. Yeniyetmə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
(Gencexeber.az)
tag: Gəncə,Qətl,Kriminal,Yeniyetmə,Todaypress.tv,
 
        
 
                                ![Xaçmazda oğurluq edən şəxsin avtomobilindən [[narkotik aşkarlandı]]](/uploads/news/68da130be7eb5.webp) 
                                            ![Masallıdakı qətlin təfərrüatları [[açıqlandı]]](/uploads/news/6860f7418e841.webp) 
                                            ![Beyləqanda insident olub, [[2 nəfər xəsarət alıb]]](/uploads/news/68bc0a308d7bd.webp) 
                                            ![[[Bakıda]] kişi tanışını bıçaqladı](/uploads/news/68df5a9238287.webp) 
                                            ![Kürdəmirdə adam öldürməkdə şübhəli bilinən şəxs [[saxlanıldı]]](/uploads/news/6860e370b911c.webp) 
                                            ![[[Pullar]] Azərbaycana hansı yollarla gətirilir?](/uploads/news/688268c7bfd36.webp) 
                                            