Yanvar-aprel aylarında istehsal edilmiş metanolun həcmi açıqlandı
İqtisadiyyat
17.05.2025 16:25
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 143,6 min ton metanol (metil spirti) istehsal edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, metanol istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 min ton və ya 8,5% azalıb.
Belə ki, 2024-cü ilin yanvar-aprel Azərbaycanda 157 min ton methanol istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb.
Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 22,7%, karbamid istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuklar, millər və profillər istehsalı 48,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 37%, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 1,3% artıb, polietilendən kisə və çantalar istehsalı isə 34,4 faiz azalıb.
tag: Azərbaycan,Metanol,İstehsal,Artım,Todaypress.tv,