Xarici ticarət dövriyyəsi 24%-dən çox artdı

Xarici ticarət dövriyyəsi 24%-dən çox artdı
20.05.2025 09:44 İqtisadiyyat

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917.6 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 24.1% çoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Son bir ildə ölkə üzrə ixrac 7,5% artaraq 8 milyard 784.7 milyon ABŞ dolları, idxal isə 48.8% artaraq 8 milyard 132.9 milyon ABŞ dolları təşkil edib.

Xarici ticarət dövriyyəsinə 651.79 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 4.2 dəfə az olub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər