Qızılın qiyməti yenidən qalxdı

Qızılın qiyməti yenidən qalxdı
16.10.2025 09:50 İqtisadiyyat

Qızılın qiyməti yeni tarixi rekorda çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Comex birjası (New York Ticarət Birjasının bölməsi) məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin dekabr ayı üzrə fyuçerslərin dəyəri bir troya unsiyası üçün 4 250 ABŞ dollarını ötüb.

Saat 07:11-ə (Bakı vaxtı ilə) qızılın qiyməti 4 255,4 dollar (+0,72%) olub. Sonradan artım bir qədər zəifləyərək 08:05-də 4 249,5 dollara (+0,58%) düşüb.

Eyni zamanda, gümüş fyuçerslərinin qiyməti bir az ucuzlaşaraq 52,4 dollar səviyyəsində qərarlaşıb. Gecə saatlarında isə gümüş də tarixdə ən yüksək səviyyə olan 52,89 dollar göstəricisinə çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər