Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı
07.07.2025 10:06 İqtisadiyyat

ABŞ Prezidenti Donald Trampın bir neçə ticarət razılaşmasında irəliləyiş əldə olunduğunu bildirməsi və bir sıra ölkələr üçün tarif güzəştlərini uzatdığını açıqlaması nəticəsində qızılın qiyməti ucuzlaşıb. Bu, təhlükəsiz liman sayılan metala tələbata mənfi təsir edib.

TodayPress TV birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.90% azalaraq 3,316.50 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.18% azalaraq 36.69 ABŞ dolları təşkil edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər