Neft sektorunda maaş qeyri-neft sektorundan 4 dəfə çoxdur

İqtisadiyyat

17.05.2025 15:25

Bu ilin birinci rübündə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat olub. 

TodayPress TV xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əməkhaqqı neft-qaz sektorunda 4171,8 manat, qeyri neft-qaz sektorunda 1025,7 manat təşkil edib. 

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1053,1 manat, özəl müəssisələrdə isə 1115,6 manat olub. 

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

tag: Neft,Qeyri-neft,Maaş,Artım,Todaypress.tv,

photo