ADB regiona Azərbaycan da daxil 50 mln dollar kredit ayırır
İqtisadiyyat
26.01.2026 10:30
TodayPress TV xəbər verir ki, “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi” adlı layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.
Bildirilir ki, Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması və sərhəd infrastrukturunun təkmilləşdirilməsi sahəsindəki təcrübəsi layihə çərçivəsində model kimi qiymətləndirilir.
Qeyd edək ki, layihənin ümumi dəyəri 50 milyon ABŞ dolları təşkil edir və maliyyələşdirmənin ADB-nin kapital resursları hesabına həyata keçirilməsi planlaşdırılır. Layihə konsepsiyasının 2027-ci ilin noyabrında, kreditin isə 2028-ci ildə təsdiqlənməsi nəzərdə tutulur.
tag: Asiya İnkişaf Bankı ,Kredit ,Azərbaycan 3,Region ,Todaypress.tv,
