Nazir: "Azərbaycan İsrailin enerji sektorunda əhəmiyyətli investordur"
İqtisadiyyat
26.01.2026 16:18
“Azərbaycan ilə İsrail arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan İsrail üçün etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, bu ölkənin enerji sektorunda əhəmiyyətli investor kimi də çıxış edir”.
TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan–İsrail Biznes Forumunda deyib.
Nazirin sözlərinə görə, SOCAR bp və “NewMed” şirkətləri ilə tərəfdaşlıq çərçivəsində İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üzrə lisenziyalar əldə edib və layihənin kəşfiyyat mərhələsində operator funksiyasını icra edir. Eyni zamanda “Tamar” qaz yatağında 10 faizlik payın alınması Azərbaycan–İsrail enerji tərəfdaşlığının daha da möhkəmləndiyini göstərir.
Qiymət Mahir
tag: İsrail,Azərbaycan,Mikayıl Cabbarov,Azərbaycan–İsrail Biznes Forumu,Todaypress.tv,
