İstehlak bazarı 5 %-dən çox artdı
İqtisadiyyat
17.05.2025 11:55
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 23,7 milyard manat olub.
Bu barədə TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2024-cü ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2 % artıb.
Məlumata görə, ümumi dəyərin 77,8 %-ini pərakəndə ticarət dövriyyəsi, 19 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 5 % artaraq 22,6 milyard manata bərabər olub, onun 42,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 578,5 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 53,4 manat çox vəsait xərcləyib.
tag: Azərbaycan,İstehlak,Bazar,Artım,Todaypress.tv,