Son 9 ayda 360 mindən çox "ASAN İmza" sertifikatı verilib

İqtisadiyyat

13.10.2025 12:11

Bu ilin yanvar-sentyabr aylarnda Azərbaycanda 361 361 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə TodayPress TV-yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 % azdır.

Hesabat dövründə "ASAN İmza"lar 236 862 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 17,5 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.

TodayPress TV

tag: ASAN ,İmza,Sertifikat,Elektron,Todaypress.tv,