ETX Malayziyanın Milli CERT-i ilə Anlaşma Memorandumu imzaladı
İqtisadiyyat
31.10.2025 13:09
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Malayziyanın Milli CERT-i arasında onlayn formatda Anlaşma Memorandumu imzalanıb.
TodayPress TV Xidmətə istinadən xəbər verir ki, sənəd kibertəhlükəsizlik sahəsində təcrübə və bilik mübadiləsini təşviq etmək, eləcə də bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək məqsədi daşıyır.
Tərəflər, həmçinin informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması, birgə təlim və seminarların təşkili, qabaqcıl təcrübə və məlumat mübadiləsi, habelə yeni texnoloji həllər və innovativ yanaşmalar istiqamətlərində əməkdaşlıq edəcəklər.
Görüşdə tərəflər qeyd ediblər ki, bu sənəd informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi, həmçinin regional və qlobal təşəbbüslərdə qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
tag: ETX,Malayziya,İKT,Memorandum,Todaypress.tv,
 
        
 
                                !["iPhone 17" modellərinin batareya tutumları [[açıqlandı]]](/uploads/news/68bec2512ce2d.webp) 
                                             
                                            !["Apple" gələn həftə [[yeni məhsullarını]] təqdim edəcək](/uploads/news/68ecfd29dc4f5.webp) 
                                            ![Almaniya sənayesində canlanma: [[Avtomobil sifarişləri 2,6% artdı]]](/uploads/news/6855667c49d3f.webp) 
                                            !["Samsung" smartfonları "iPhone"a [[bənzəyəcək]]](/uploads/news/68ba903ad747f.webp) 
                                            ![[["Apple Watch Series 11"]] daha parlaq ekranla gəlir](/uploads/news/68bdb38de3ced.webp) 
                                            ![Bakı innovasiya reytinqində [["İlin şəhəri"]] seçildi](/uploads/news/683075fdcc66c.webp) 
                                            ![“Apple” [[“Google”un süni intellektindən]] istifadə edə bilər](/uploads/news/68a95e7353f89.webp) 
                                            ![[[Çində yeni rekord:]] Tam superkeçirici maqnit hazırlandı](/uploads/news/68de143e2f779.webp) 
                                            ![“AzStateNet” şəbəkəsi üzrə [[314 milyon zərərverici]] blok edilib](/uploads/news/6891ca1f0d678.webp) 
                                            