Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

İqtisadiyyat

04.10.2025 09:00

ABŞ və Avropa fond bazarlarında indekslər əsasən artıb.

TodayPress TV-nin məlumatına görə, oktyabrın 4-də ABŞ fond bazarlarında əsas indekslər yüksəlib. Dow Jones Industrial Average 0,51% artaraq 46 758,28 bənd, S&P 500 0,01% irəliləyərək 6 715,79 bənd, NYSE Composite 0,54% artaraq 21 725,40 bənd, S&P/TSX Composite isə 1,03% qalxaraq 30 471,68 bənd təşkil edib. Yeganə azalma Nasdaq Composite indeksində qeydə alınıb – 0,28% enmə ilə 22 780,51 bənd.

Avropa birjalarında da əsasən artım müşahidə olunub. FTSE 100 0,67% artaraq 9 491,25 bənd, CAC 40 0,31% qalxaraq 8 081,54 bənd, IBEX 35 0,57% irəliləyərək 15 585,10 bənd, Euro Stoxx 50 isə 0,10% artaraq 5 651,71 bənd olub. Azalma yalnız Almaniyanın DAX indeksində qeydə alınıb – 0,18% enməklə 24 378,80 bəndə düşüb.

Analitiklər indekslərdə artımı investorların ABŞ iqtisadiyyatı ilə bağlı yumşaq eniş gözləntilərinin güclənməsi və Avropada enerji qiymətlərinin sabitləşməsi ilə izah edirlər. Qeyd edilir ki, “Nasdaq”dakı azalma isə texnoloji sektor səhmlərində satışların güclənməsi ilə bağlıdır.

TodayPress TV

tag: Dünya,Fond,Artım,İndeks,Todaypress.tv,