Zəngəzur dəhlizi istiqamətində tarixi addım

İqtisadiyyat

22.08.2025 13:23

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin regional və qlobal strateji əhəmiyyəti daha da artacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" kanalı yazı yayımlayıb.  

Bildirilib ki, bu dəhliz Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında fasiləsiz nəqliyyat bağlantısı yaradacaq. Marşrut üzrə yükdaşıma müddətləri və xərclər azalacaq, ticarət dövriyyəsi və investisiyalar isə artacaq.

Bu məqsədlə mühüm bir infrastruktur layihəsi – Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli atılıb.

Hər il 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olacaq bu xətt təkcə logistik potensial baxımından deyil, eyni zamanda tikinti keyfiyyəti, tunel və viyadük dizaynı ilə də yüksək mühəndislik nümunəsi kimi qiymətləndirilir.

Layihə çərçivəsində 5 tunel, 19 açılıb-qapanan tunel, 3 viyadük, 10 körpü, 144 alt keçid, 27 üst keçid və 480 suötürücü kanal inşa ediləcək.

Dəmir yolu xəttinin 2029-cu ilin sonunadək tamamlanması planlaşdırılır.

Töhfə Səməd

tag: Qatar,Dəmiryol,Açılış,Mərasim,Todaypress.tv,