Bitcoin ucuzlaşdı

İqtisadiyyat

28.05.2025 11:33

Mayın 28-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti nisbətən aşağı enib. 

TodayPress TV xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası “CoinMarketCap” platformasında 0.16% ucuzlaşaraq 108 938 ABŞ dolları təşkil edib. 

Son bir gündə "Ethereum"un qiymətində isə artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.05% artaraq 2635 ABŞ dollarına bərabər olub.

İlk beşlikdə olan Tether 0.04%, XRP son sutkada 0.12% ucuzlaşıb, BNB isə 0.20% bahalaşıb. 

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

tag: Bitkoin,Qiymət, Platforma, Dollar, todaypress.tv,