Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası gələn ay Bakıda keçiriləcək

İqtisadiyyat

02.06.2025 12:50

Azərbaycan və Qazaxıstan iyulda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirəcəklər. 

Bu barədə TodayPress TV Qazaxıstan KİV-lərinə istinadən xəbər verir. 

"Əminik ki, Hökumətlərarası Komissiyanın iyulda Bakıda keçiriləcək iclası iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirəcək", - Qazaxıstan hökumətinin nümayəndəsi qeyd edib. 

O bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarını ötüb. 

Qazaxıstan hökumətinin nümayəndəsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafını vurğulayıb:

“2024-cü ildə bu marşrut üzrə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb”. 

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2024-cü ilin mart ayında Astanada keçirilib.

tag: Azərbaycan,Qazaxıstan,İclas,Bakı,Todaypress.tv,