Beynəlxalq poçt göndərişlərinin dəyəri açıqlandı

Beynəlxalq poçt göndərişlərinin dəyəri açıqlandı
24.01.2026 17:15 İqtisadiyyat

Ötən il Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 65 milyon 108,2 min ABŞ dolları, həcmi isə 247,95 ton təşkil edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, bunlar 2024-cü il ilə müqayisədə müvafiq olaraq 10,1 % və 16 % azdır.

2025-ci ildə Azərbaycana xarici ölkələrdən 61 milyon 778,4 min ABŞ dolları dəyərində 240,4 ton poçt göndərişi idxal edilib ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 11 % və 16,6 % azdır.

Hesabat dövründə Azərbaycandan xaricə isə 3 milyon 329,9 min ABŞ dolları dəyərində 7,5 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə 6 % və 10,7 % çoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər