Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə?

Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə?
13.10.2025 14:13 İqtisadiyyat

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə bütün növ qiymət artımlarını qadağan edən qərar imzalayıb və sənədin dərhal qüvvəyə mindiyini bəyan edib. 

Dövlət başçısının sözlərinə görə, bu addımın əsas məqsədi inflyasiyanın qarşısını almaq və bazarda sabitliyi qorumaqdır.

Bəs belə bir inzibati qərar Azərbaycanda da tətbiq oluna bilər?

İqtisadçı Elçin Rəşidov TodayPress TV-yə açıqlamasında bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun istənilən qiymət artımını qadağan edən qərarı qısamüddətli effekt versə də, uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün zərərlidir.

Onun sözlərinə görə, belə inzibati qərarlar ilkin mərhələdə inflyasiyanın qarşısını alır və alıcılar qiymətlərin artmadığını hiss edirlər. Lakin bu tədbirlər uzunmüddətli dövrdə iqtisadiyyatı kiçildir, istehsala, ticarətə və ümumilikdə bazar mexanizminə mənfi təsir göstərir:

"İqtisadiyyatda qiymətlər tələb-təklifə uyğun formalaşmalıdır. İnflyasiyanı inzibati yolla deyil, Mərkəzi Bankın faiz dərəcəsi siyasəti və digər makroiqtisadi alətlərlə tənzimləmək lazımdır. Belə olduqda, inflyasiya ilə əmək məhsuldarlığı arasında balans qorunur".

İqtisadçı əlavə edib ki, qiymət artımını inzibati yolla məhdudlaşdırmaq bazar mexanizmini pozur və istehsalçı ilə ticarətçinin fəaliyyətinə zərbə vurur:

"Qiymətlər mövsümdən, təklif və xammal amillərindən asılı olaraq dəyişməlidir. Bu cür müdaxilələr sektorları sıradan çıxara bilər. Əks halda, istehsalçı və ticarətçinin bazarı ölür. Yəni bu sektorda qiymətlər mövsümə görə dəyişməlidir. Belə addımların daha bir mənfi nəticəsi qara bazarların formalaşması və məhsul çatışmazlığıdır. Bu isə növbələrin yaranmasına, qeyri-rəsmi əməliyyatların artmasına, korrupsiya hallarının çoxalmasına və işsizliyin yüksəlməsinə gətirib çıxaracaq. Belarusda baş verən proseslər nəticəsində valyutanın dəyərdən düşməsi, qiymətlərin artması və əhalinin rifahının pisləşməsi qaçılmaz olacaq".

Elçin Rəşidov vurğulayıb ki, eyni addım Azərbaycanda tətbiq olunsa, nəticələr eynilə Belarusdakı kimi olacaq. Buna görə də o, bu addımı düzgün hesab etmir.

Mütəxəssisin fikrincə, Lukaşenkonun qərarı populist xarakter daşıyır və uzunmüddətli dövrdə davamlı ola bilməyəcək:

"İnanmıram ki, Belarus hökuməti bu qərarın arxasında uzun müddət dayana bilsin. Real bazar təzyiqləri onları düzgün iqtisadi siyasətə qayıtmağa məcbur edəcək", - deyə Elçin Rəşidov fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bazara müdaxilə: Sabitlik, yoxsa iqtisadi geriləmə? — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik etdi 15:43 “Mercedes” pilotundan maraqlı etiraf: start almaq çox çətindir! 15:38 Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü 15:36 “Real” basketbolunda yeni dönəm olmayacaq? Klub qərarını verdi 15:28 Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyirlər - QLOBAL GÜCLƏR İFŞA OLUNDU 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 Bütün Xəbərlər