"Azeri Light" neftinin qiyməti 68 dollara yaxınlaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlməkdə davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 dollar və ya 2,5% artaraq 67,94 dollar olub.
Xatırladaq ki, əvvəlki göstərici 66,28 dollar təşkil edib.
Bildirək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” neftinin orta qiyməti 70 dollar səviyyəsində götürülüb.