Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olundu

Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olundu
17.06.2025 20:40 İqtisadiyyat

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondu forumu çərçivəsində Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmannsdorferlə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə M.Cabbarov özünün “X” hesabında yazıb.

“Biz Azərbaycanda mövcud olan investisiya imkanlarını qeyd etdik. İqtisadi və ticarət əlaqələri, enerji, sənaye inkişafı, texnologiya və digər strateji sektorlarda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün potensial imkanları müzakirə etdik”, - o bildirib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər