Azərbaycan və türk iş adamları Qarabağdakı biznes imkanlarını müzakirə etdi

Azərbaycan və türk iş adamları Qarabağdakı biznes imkanlarını müzakirə etdi
12.06.2025 15:13 İqtisadiyyat

Azərbaycan və türk iş adamları arasında Qarabağdakı biznes imkanları müzakirə edilib.

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Türkiyənin İğdır vilayətinin valisi Ercan Turanın rəhbərlik etdiyi türk iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşdə baş tutub:

“Ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərimizdəki biznes fürsətləri haqqında həlumat verdik, biznes dairələri arasında tərəfdaşlığın möhkəmləndirilməsi və birgə təşəbbüslərin gerçəkləşdirilməsi imkanlarını dəyərləndirdik”.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər