AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqladı
İqtisadiyyat
15.12.2025 12:26
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 850 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 361 milyon pul köçürülüb.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % çox və 11,5 % azdır.
AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (344 milyon ABŞ dolları), Türkiyə (140 milyon ABŞ dolları), ABŞ (74 milyon ABŞ dolları), Böyük Britaniyadan (31 milyon ABŞ dolları) və Gürcüstandan (30 milyon ABŞ dolları) daxil olub.
Bundan başqa, onun sözlərinə görə, 9 ay ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (104 milyon ABŞ dolları), ABŞ (55,8 milyon ABŞ dolları), Rusiya (34 milyon ABŞ dolları), Böyük Britaniya (20 milyon ABŞ dolları) və Gürcüstan (19,8 milyon ABŞ dolları) qərarlaşıb.
tag: AMB,Maliyyə,Ölkə,Çıxarış,Todaypress.tv,
