Aİ ölkələri ilə ticarət dövriyyəsi 35%-dən çox artdı

Aİ ölkələri ilə ticarət dövriyyəsi 35%-dən çox artdı
31.05.2025 13:41 İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin həcmi 7 189 623 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çoxdur.

Dörd ayda Azərbaycandan Aİ ölkələrinə 6 234 280 ABŞ dolları həcmində (illik 38% çox) məhsul ixrac olunub.

Aİ ölkələrindən Azərbaycana məhsul idxalının dəyəri isə 787 600 ABŞ dolları (illik 21,3% çox) təşkil edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər