Zidan futbol tarixinin ən yaxşı məşqçisini açıqladı
İdman
13.09.2025 10:02
Fransalı futbol mütəxəssisi Zinəddin Zidan futbol tarixinin ən böyük məşqçisinin kim olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Give Me Sport nəşri məlumat yayıb.
“Mənim üçün bütün dövrlərin ən yaxşı məşqçisi Xosep Qvardioladır. O, məşqçilik səviyyəsini dəfələrlə sübut edib: əvvəlcə “Barselona” ilə, sonra “Bavariya”da, indi isə “Mançester Siti”də. Mənim ondan öyrənmək imkanım olub. Çox açıq insan kimi özünü göstərdi — təcrübəsini paylaşır, məsləhətlər verirdi. Hərçənd bizim hər birimizin işə yanaşması fərqlidir, çoxlu söhbətlərimiz olurdu. Dəqiq mövzulara toxunmayacağam, amma bu, həqiqətən də çox dəyərli və öyrədici idi”, - deyə Zidan bildirib.
Xatırladaq ki, Qvardiola məşqçilik karyerası ərzində üç dəfə Çempionlar Liqasının qalibi olub. Xosep iki dəfə “Barselona” ilə, bir dəfə isə “Mançester Siti” ilə Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.
Namiq HUN
tag: Zinəddin Zidan,Futbol,Məşqçi,Açıqlama,Todaypress.tv,