Yamal əməliyyatsız müalicəni seçdi

İdman

31.10.2025 09:11

“Barselona”nın gənc vingeri Lamin Yamal qasıq nahiyəsində davam edən narahatlıq səbəbindən hələ də tam formada deyil.

TodayPress TV Diario Sport nəşrinə istinadən xəbər verir ki, klub hələlik futbolçunun əməliyyat olunmasını planlaşdırmır.

Bildirilir ki, Yamal və “Barselona”nın tibbi heyəti cərrahi müdaxilədən imtina etmək qərarına gəlib, baxmayaraq ki, problem tam aradan qaldırılmayıb.

“Əgər narahatlıq yaxın həftələrdə də davam etsə, əməliyyat variantı Lamin, onun yaxın çevrəsi və klub tərəfindən yenidən nəzərdən keçiriləcək,” – deyə mənbə əlavə edib.

Qeyd edək ki, futbolçu əməliyyatın zəruriliyini dəyərləndirmək üçün klubdan kənar həkimlərlə də məsləhətləşib. Hələlik Yamal diskomforta baxmayaraq çıxış etməyə davam edəcək.

Namiq HUN

TodayPress TV

tag: Lamin Yamal,Barselona,Müalicə,Qərar,Todaypress.tv,